Dehlidə etirazlarda ölənlərin sayı artır - Şəhərə qoşun yeridilə bilər

26 Fevral 2020 14:08

Hindistanın paytaxtı Dehlinin rəhbəri Arvind Kecrival şəhər ordu qüvvələrinin yeridilməsini təklif edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, o, həmçinin şəhərin bəzi hissələrin komendant saatının tətbiq olunmasına çağırıb.

Qeyd olunur ki, vətəndaşlıq haqqında qanuna edilən dəyişikliklərə etiraz olaraq başlayan aksiyalarda ölənlərin sayı 20 nəfərə çatıb.

250-dən çox etirazçının yaralandığı deyilir.

Qeyd edək ki, vətəndaşlıq haqqında qanuna edilən dəyişikliklərə əsasən, qonşu ölkələrdən Hindistana gələn müsəlman olmayan qaçqınlar sadələşdirilmiş qaydada vətəndaşlıq ala biləcəklər. Bu qərar müsəlman hindlilər tərəfindən qəzəblə qarşılanıb.

Milli.Az