Məşhur iş adamının 14 yaşlı oğlu İNTİHAR ETDİ - FOTO

26 Fevral 2020 12:00

Türkiyəli məşhur iş adamı Ali Armağanın 14 yaşlı oğlu A.A. İstanbuldakı özlərinə aid villalarında intihar edib.

Milli.Az DHA-ya istinadən xəbər verir ki, intihar dünən yerli vaxtla saat 13:00 radələrində baş verib.

Villadan silah səsi gəlib. Dərhal əraziyə təcili yardım maşınları gəlib. Evə daxil olanda Ali Armağanın 14 yaşlı oğlu A.A.-nın qan içində yerdə uzanıqlı olduğunu görüblər.

Təcili yardım həkimlərinin müdaxiləsi heç bir nəticə verməyib.  A.A.-nın başından silahla atəş açdığı məlum olub.

İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil. Araşdırma aparılır.

Qeyd edək ki, intihar edən uşağın atası Ali Armağan məşhur "PETLİNE" yanacaqdoldurma məntəqələrinin sahibidir.

Təhməz Təkin
Milli.Az