İtaliyada koronavirusdan ölənlərin sayı 11-ə çatıb

26 Fevral 2020 11:14

İtaliyada koronavirus qurbanlarının sayı 11-ə, yoluxanların sayı isə 322 nəfərə çatıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, virusun son qurbanı 84 yaşlı kişidir.

Ümumilikdə isə İtaliyada koronavirusdan vəfat edənlərin orta yaş həddi 80-dir. 

Bu gündən başlayaraq, dövlət qurumları karantinə götürülən yaşayış məntəqələrinin siyahısını dərc edib. 

Milli.Az