Çemodana girən 42 yaşlı kişi boğulub öldü - Gizlənqaç oynayırmış - FOTO

26 Fevral 2020 11:39

Sevgilisini ölümə tərk edən floridalı qadın polis tərəfindən saxlanılıb.

Milli.Az nypost-a istinadla xəbər verir ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində yaşayan 42 yaşlı Jorge Torrez Jr sevgilisini ölümə tərk edib.

O, ifadəsi zamanı bildirib ki, həmyaşıd sevgilisi ilə birlikdə spirtli içki qəbul etdikdən sonra gizlənqaç oynayıblar. Jorge sevgilisini çemodana girməyə təkid edib, sonra da "zamoku" bağlayıb.

WKMG yazır ki, yuxuya gedən qadın ayılıb çemodanı açdıqda sevgilisinin boğulub öldüyünü görüb. O, 911-ə zəng edərək yardım istəyib.

Qadın hadisə yerinə gələn polislər tərəfindən saxlanılıb.

Araşdırmalar nəticəsində məlum olub ki, qadın sevgilisini çemodana girməyə məcbur edərkən həmin anları lentə alıb və qəhqəhə çəkib.

İsmayıl
Milli.Az