Azərbaycanda güclü yanğın: kollecin 8 otağı kül oldu

26 Fevral 2020 10:06

Zaqatalada yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Zaqatala rayonunda ümumi sahəsi 1000 m² olan Dövlət İdarəetmə və Texnologiya Kollecinin yerləşdiyi birmərtəbəli binanın 8 otağının və dam örtüyünün yanar konstruksiyaları 350 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az