Vaqif Cavadov bu gün Hollandiya çempionu ola bilər

18 Aprel 2010 13:41
Azerisport.az xəbər verir ki, eyni vaxtda başlanacaq görüşlərdə "Tvente" "Feyenoord"u, "Ayaks" isə "Herakles"i qəbul edəcək. Enshede klubunun qələbə qazanacağı, Ayaksın isə məğlub olacağı təqdirdə Vaqif Cavadov bir oyun belə keçirmədən Hollandiya çempionu adını qazanacaq.

Bu komandaları son 2 tur qalmış yalnız 1 xal ayırır. Matçlar Bakı vaxtı ilə saat 17:30-da başlanır.

/Azerisport/