İngiltərədə başla oyunu qadağan etdilər

26 Fevral 2020 22:24

İngiltərə Futbol Assosiasiyası uşaq futbolunda qadağa tətbiq edib. 

Milli.Az kaspi.az-a istinadən bildirir ki, Assosiasiya uşaq futbolunda başla oyunu qadağan edib. Uşaqlara tapşırılıb ki, topa başla zərbə vurmasınlar.

Son vaxtlar İngiltərədə futbolun idmançıların sağlamlığına təsiri geniş şəkildə araşdırılır. Məlum olub ki, futbolla məşğul olanlarda demans xəstəliyinə tutulma adi insanlara nisbətən 3 dəfə çoxdur.
 
Alimlər bunu topa başla zərbə vurmağın əlaməti hesab edirlər. Bu riski nisbətən azaltmaq üçün uşaqlara topa başla zərbə vurmaq qadağan edilib. 
 
Qadağa 12 yaşadək uşaqlara tətbiq olunacaq. 12 yaşdan 17 yaşadək olanlara isə həftədə bir dəfə  məşqlər zamanı topa başla zərbə vurmağa icazə veriləcək. Onu da deyək ki, qadağa rəsmi oyunlarda yox, məşqlərdə tətbiq olunacaq.

Milli.Az