İsgəndər Həmidov vəfat edib

26 Fevral 2020 08:10

Azərbaycanın sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib. 

Milli.Az xəbər verir ki, bu barədə APA-ya Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib. 

Qeyd edək ki, yanvar ayının 24-də İsgəndər Həmidovun halı qəflətən pisləşib və o, huşunu itirib. Əvvəlcə Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən İ.Həmidov sonradan "Bakı City Hospital"a köçürülmüşdü.

Milli.Az