Tanınmış biznesmenin oğlu öz villasında intihar etdi - FOTO

25 Fevral 2020 23:23

İstanbulda tanınmış iş adamı Ali Armağanın oğlu intihar edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, 14 yaşlı A.A. yaşadıqları villada özünü silahla vuraraq öldürüb. Hadisə yerinə gələn təcili yardım işçiləri yeniyetmə oğlana tibbi müdaxilə etsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.

Onun valideynlərinin 2 həftə öncə boşandığı məlum olub. Psixoloji problemləri olan A.A.-nın babasının silahı ilə intihar etdiyi bildirilib.

Milli.Az