“Yaxın zamanda koronavirusun peyvəndi satışa çıxarılacaq” - Tramp

25 Fevral 2020 23:19

ABŞ Prezidenti Donald Tramp Hindistan səfərindən qayıtdıqdan sonra koronavirusla bağlı fikirlərini bölüşüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Ağ Ev rəhbəri məsələni yaxından izlədiyini bildirib. Virusun ölkəsində yayılmamasına sevindiyini deyən Tramp sözlərinə belə davam edib:

"İndiyədək bəxtimiz gətirib və bunun belə də qalacağını düşünürəm. Hesab edirəm, bu problem aradan qaldırılacaq. Yaxın zamanda koronavirusun peyvəndi satışa çıxarılacaq".

Milli.Az