MSK lider namizədin müraciətini təmin etmədi

25 Fevral 2020 19:29

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 16 saylı Yasamal İkinci Seçki Dairəsi ilə bağlı daxil olan müraciətə baxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, həmin dairədən lider namzəd Erkin Qədirli MSK-ya müraciət edərək dairə üzrə 8 (1, 4, 11, 13, 21, 27, 28, 29) məntəqədə səsvermənin nəticələrinin düzgün hesablanmadığını iddia edib.

MSK katibi Arifə Muxtarova bildirib ki, müraciət MSK tərəfindən araşdırılıb və müraciətin əsassız olduğu məyyən edilib. A.Muxtarova müraciətin təmin edilməməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Milli.Az