Hikmət Babaoğlunun lider olduğu dairədə 10 məntəqənin nəticələri ləğv edildi

25 Fevral 2020 19:26

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 19 saylı Nərimanov birinci seçki dairəsi ilə bağlı daxil olan şikayətə baxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, həmin dairədən daxil olan müraciətdə seçki günü qanun pozuntularına yol verildiyi bildirilib.

MSK üzvü İlham Məmmədov bildirib ki, komissiya tərəfindən aparılan geniş araşdırma zamanı iddia edilən pozuntular yalnız 1, 2, 4, 13, 19, 21, 22, 29, 30 və 34 saylı seçki məntəqələri öz əksini tapıb. İ.Məmmədov həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, 9 saylı Nərimanov birinci seçki dairəsində iider namizəd Hikmət Babaoğludur. 

Milli.Az