Daha 2 məntəqədə seçkilərin nəticələri ləğv edilib

25 Fevral 2020 18:09

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki dairəsi ilə bağlı daxil olan şikayətə baxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, həmin dairədən daxil olan müraciətdə seçki günü qanun pozuntularına yol verildiyi bildirilib.

MSK üzvü Tofiq Həsənov deyib ki, komissiya tərəfindən aparılan geniş araşdırma zamanı iddia edilən pozuntular yalnız 4 və 6 saylı seçki məntəqələndə öz əksini tapıb. T.Həsənov həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Milli.Az