Ölümdən dönən əməkdar artist canlı efirdə - VİDEO

25 Fevral 2020 19:43

ARB TV-nin "Elgizlə izlə" verilişində əməkdar artist Rəhman Rəhmanovla telefon bağlantısı yaradılıb.

Milli.Az bildirir ki, ağır koma vəziyyətində xəstəxanaya gəlməsindən danışan əməkdar artist hazırda səhhətinin qismən düzəldiyini, yeni əməliyyata hazırlaşdığını bildirib:

"Artıq əməliyyat olunmuşam, ikinci əməliyyat da gözlənilir. Səhhətim yaxşı olmadığı üçün dərhal ikinci əməliyyata girmədim, yeni əməliyyata hazırlayırlar məni. Mənim adımdan istifadə edib pul yığanlara səslənirəm ki, belə şeylər etməsinlər. Çox tanınmış teleaparıcı mənim xəbərim olmadan gəlib mənim bütün əməliyyat xərclərimi ödəyib".

Milli.Az