İranda daha üç adam edam edilib

18 Aprel 2010 11:00
İsfahan şəhərinin ədliyyəsi onların narkotik maddələri alıb satmaq və silah saxlamaqda ittiham olunduqlarını bildirib.

Fars xəbər agentliyi yazır ki, aprelin 14-də səhər tezdən dardan asılan 24, 25 və 30 yaşlı bu şəxslər Babolsər, Qayimşəhər və Firidunkənar sakinləriymişlər. Onları Babolsər şəhərinin İmam Əli meydanında və xalqın gözü qabağında dara çəkdilər.

Edam olunanların hər üçü Əfqanıstan vətəndaşıdır. Əfqanıstanın xarici işlər nazirliyi Kabildə İranın səfirini çağırıb və ondan məsələ barədə izahat tələb edib.

Əfqanıstanın bir millət vəkili elan edib ki, ümumilikdə İran 45 əfqanı edam edib və onların cəsədlərini ailələrinə vermək üçün çox miqdarda pul tələb edib.

Əfqanıstan millət vəkilləri 45 əfqanın edamı barədə təsdiqlənməmiş xəbərdən narahat olublar və İran dövlətindən izahat tələb ediblər.

Milli.Az