Yaponiyada işçilərə evdən işləmək əmri verildi

25 Fevral 2020 18:10

Yaponiya hökuməti bütün nazirliklərə və dövlət müəssisələrinə işçilərinin evdən işləmələrinə izn verməsi üçün tapşırıq verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosixide Suqa deyib. Onun sözlərinə görə, hakimiyyət bununla koronavirusa yeni yoluxma hallarından qaçmağı planlaşdırır:

"Biz maksimal sayda dövlət işçisini belə iş rejiminə keçiririk ki, metro və qatarlarda insan sayı azalsın".

Milli.Az