Hər kəsin əldə edə biləcəyi, pulsuz, qadağan olunmayan "narkotik" - FOTO

25 Fevral 2020 17:06

Aşiq olan şəxslərin beynindəki dəyişikliklər narkotik maddədən istifadə edən şəxslərin beynində baş verən dəyişikliklərlə bənzərlik təşkil edir.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aşiq olmaq insanın beynində bir növ "hormonal fırtına" yaradır. Bu insanlar reallıqlardan uzaqlaşaraq xəyal dünyasında yaşayırlar.

Tomoqrafiya üsulu ilə çəkilən şəkillər sayəsində məlum olub ki, beyindəki hippocampus, nucleus caudatus, putamen və nucleus accumbens adlanan bölgələr aşiq olan insanlarda daha aktiv olur.

Beynin bu hissələri mükafatlandırma mexanizminin, qorxunun müəyyənləşdirilməsi və insanın başqalarını dəyərləndirdiyi bölgələr hesab edilir.

Yeni aşiq olan insanlara sevdikləri şəxsin fotolarını göstərərkən çəkilən tomoqrafiya fotoları sayəsində məlum olub ki, həmin anda beynin bu hissələrinə daha az qan gedir.

Kokain istifadəsi zamanı da beyində buna bənzər reaksiya baş verir.

Beyində baş verən bu dəyişikliklər dopamin hormonu ilə əlaqəlidir. Dopamin insana coşqu, sevinc verən hormondur. 

Kokain asılısının kokain tapa bilmədiyi zaman göstərdiyi reaksiya aşiqin tərk edildiyi zamankı reaksiyasına bənzəyir. Bu səbəbdən də tərk edilən tərəf depressiyaya düşür. Depressiyanın səbəbi beynin dopaminsiz qalmasıdır. Belə ki, tərk edilən şəxsin beyninin özünü mükafatlandırma mexanizmi hələ də aktiv halda olur və dopamin ilə mükafatlandırılmasını istəyir.

İsmayıl
Milli.Az