60 saniyəyə yuxuya getməyin yolu - FOTO

25 Fevral 2020 13:15

Çoxları gec yuxuya getməkdən şikayətlənirlər. Bəziləri qoyunları sayır, bəziləri lirik mahnıya qulaq asır, bəziləri isə yastığının yerini dəyişir, otağı havalandırır və sair... Lakin bu üsullar çox vaxt işə yaramır.

Ən tezi 60 saniyədə yuxuya getmək mümkündür. Bunun üçün nəsə saymağa, hər hansı şey barədə düşünməyə gərək yoxdur. Sadəcə olaraq, nəfəs alma tempinizi tənzimləməklə qısa zamanda yuxuya gedə bilərsiniz.

Milli.Az bildirir ki, bu barədə məlumatı MedicalNewsToday yayıb. Məqaləyə görə, 60 saniyə ərzində yuxuya getmək üçün burnunuzla 4 saniyə ərzində nəfəs alıb, 7 saniyə nəfəsinizi saxlayıb, 8 saniyə ərzində nəfəsinizi buraxın. Bunu azı 3-4 dəfə təkrarlayın.

Arizona universitetinin professoru Dr Andrew Weil açıqlamasında bildirib ki, bu 19 saniyəlik nəfəs alma prosesi zamanı ürək döyüntüləri zəifləyir, stress və narahatlıq azalır, əsəblər sakitləşir.

İsmayıl
Milli.Az