ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycana gəlir

25 Fevral 2020 10:43

ABŞ Dövlət katibinin köməkçisinin Enerji ehtiyatları bürosunda müavini Kurt Donnelli fevralın sonunda Bakıya səfər edəcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ABŞ Dövlət Departamentindən bildiriblər.

K.Donnelli Bakıda "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının 6-cı iclasında iştirak edəcək.

Qeyd edək ki, Məşvərət Şurasının iclası fevralın 28-də keçiriləcək.

Milli.Az