20 Yanvarın qatillərindən biri öldü - Təcili

25 Fevral 2020 10:25

SSRİ-nin son marşalı Dmitri Yazov ölüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, marşal 96 yaşında vəfat edib.

Qeyd edək ki, Dmitri Yazov SSRİ-nin son marşalıdır. O, 1987-1991-ci illərdə SSRİ müdafiə naziri olub. Yazov QKÇP üzvü olub. Məhz onun dönəmində SSRİ ordusu Bakıda 20 yanvar faciəsini törədib.

Milli.Az