Kiyevdə Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib - FOTO

25 Fevral 2020 12:03

"Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası və Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin birgə dəstəyi ilə Kiyevin mərkəzi ərazilərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib.

Azərbaycanın Ukraynadakı səfirliyindən Milli.Az-a bildirilib ki, bilbordların yerləşdirilməsində məqsəd Xocalı soyqırımı haqqında Ukrayna və xarici vətəndaşları məlumatlandırmaq.

Bilbordlar Ukrayna ərazisində bir müddət mövcud olacaq.

Milli.Az