Bu ölkədə koronavirusa yoluxanların hamısı sağaldı

25 Fevral 2020 09:18

Fransada daha əvvəl koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin hamısı sağalıb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Olivye Veran açıqlama verib.

Veranın sözlərinə görə, hazırda Fransa ərazisində virus daha yayılmır. "Lionda xəstəxanaya yerləşdirilən sonuncu pasiyent sağalıb. O daha xəstə deyil və ona görə də evə qayıda bilib", - Səhiyyə naziri deyib.

Qeyd edək ki, Fransada ölümcül virusa yoluxan 12 nəfərdən cəmi 1-i dünyasını dəyişmişdi.

Milli.Az