Xırdalanda kafedə bıçaqlanma olub

25 Fevral 2020 08:58

Abşeron rayonu Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Köhnə bazar adlanan ərazidə, kafedə qeydə alınmış hadisə zamanı 38 yaşlı Elşad Zamanov tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az