Fransada koronavirusa yoluxmuş bütün xəstələr müalicə edilib

25 Fevral 2020 07:35

Fransanın səhiyyə naziri Olivye Veran ölkədə koronavirus diaqnozu qoyulan 11 nəfərin hamısının sağaldığını deyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ÜST daha əvvəl ölkədə 12 yoluxma hadisəsi barədə bildirib. Yoluxanlardan birinin öldüyü xəbər verilir.

"Fransada yeni növ koronavirus xəstəliyi halları daha yoxdur. Virus artıq yayılmır. Lionda xəstəxanaya yerləşdirilən son xəstə sağalıb və evə qayıdıb", - O.Veran deyib.

Milli.Az