Daha bir ölkədə ilk dəfə koronavirus tapıldı

24 Fevral 2020 20:49

Omanda ilk dəfə koronavirusa yoluxma halı qeydə alınıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə sultanlığın Səhiyyə Nazirliyinin məlumatında deyilir. Bildirilir ki, İrandan gələn 2 nəfər Oman vətəndaşında koronavirus aşkarlanıb. Karantinə götürülən xəstələrin vəziyyəti stabildir.

Qeyd edək ki, Bəhreyn, Küveyt, İraq və Əfqanıstanda da koronavirusa ilk yoluxma halları qeydə alınıb.

Milli.Az