Dünya çempionumuz 28 yaşında karyerasını başa vurdu

24 Fevral 2020 19:34

Boks üzrə dünya çempionumuz Elvin Məmişzadə yığma karyerasını bitirib.

Milli.Az xəbər verir ki, bu barədə Oxu.az-a 28 yaşlı idmançının özü məlumat verib.

O, qadınlardan ibarət boks millisində böyük məşqçi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, 52 kq çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə ən yaxşı dövrünü 2015-ci ildə keçirib.

O, həmin il həm dünya çempionu olub, həm də I Avropa Oyunlarının qızıl medalını qazanıb. Bundan başqa, o, iki dəfə Avropa çempionatının mükafatçısı olub.

Milli.Az