Çin koronavirusa qarşı effektiv dərman vasitəsi tapıb

24 Fevral 2020 19:29

Çin koronavirusa qarşı effektiv dərman vasitəsi tapıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Çinin Rusiyadakı səfiri Çjan Xanxueya bildirib.

Onun sözlərinə görə, yeni dərman vasitəsinin nəticələri yaxşı olsa da, o yenidən yoxlanılmalı və üzərində işlənilməlidir.

Səfir onu da qeyd edib ki, uzun illərdir malyariyanın müalicəsində istifadə olunan "xloroxin fosfat"ın koronavirusla mübarizədə effektivliyi məlum olub.

Milli.Az