İraqda İŞİD liderinin silahdaşları məhv edilib

24 Fevral 2020 20:59

İraqın şimalında, Kərkük vilayətində təhlükəsizlik qüvvələri terrorçulara qarşı əməliyyat keçirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, əməliyyat zamanı İŞİD terror təşkilatının liderinə yaxın olan 3 terrorçu məhv edilib.

Eyni zamanda, əməliyyat zamanı 7 terrorçu həbs olunub.

Milli.Az