Koronavirus səbəbindən aviaşirkətlərə dəyən zərər açıqlandı

27 Fevral 2020 23:40

Ölümcül koronavirus Çin iqtisadiyyatına ağır zərbə vurdu. İndi bütün dünya təhlükə altındadır...

Bu il koronavirus səbəbindən bütün dünya üzrə aviaşirkətlərə dəyən zərər 30 milyard dollar təşkil edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda The International Air Transport Association (Beynəlxalq Hava Transport Assosiasiyası) məlumat yayıb.

Məlumata görə, mövcud epidemiya Asiya Sakit okean regionlarının bilet qiymətlərini 13% ucuzlaşdıra bilər. Ucuzlaşma isə daşıyıcıların sözügedən regionda maliyyə itkilərini 27,8 milyard dollara çatdıracaq.

"Bu maliyyə itkiləri cari ildə 4,8% artım gözləyən yerli aviaşirkətlər üçün heç də ürəkaçan xəbər deyil", - deyə məlumatda qeyd olunub.

Mövcud hadisə daha çox Çin hava limanlarına təsir edəcək.

Assosiasiyanın prqonozuna görə, Asiya Sakit okean regionlarından kənar şirkətlərin itkisi isə 1,5 milyard dollar olacaq.

Milli.Az