Koronavirusa görə daha bir ölkənin çempionatı təxirə salındı

24 Fevral 2020 18:09

Cənubi Koreya çempionatında yeni mövsümün ilk turunun oyunları qeyri-müəyyən müddətə təxirə salınıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, çempionatın startının təxirə salınmasına səbəb ölkədə koronavirus xəstəliyinin yayılmasıdır. Yerli çempionatın startı fevralın 29-na nəzərdə tutulmuşdu.

Son günlərdə Cənubi Koreyada koronavirusa yoluxanların sayı kəskin artmaqdadır.

Cənubi Koreya çempionatının başlama vaxtı yaxın zamanda elan ediləcək.

Milli.Az