Həyatı 4 il uzadan MƏHSUL - Ekspert açıqladı

7 İyun 2020 23:05

Uzunömürlülük üzrə ekspert Den Byuttner insan ömrünü uzadan ən yaxşı məhsulun adını açıqlayıb.

National Geographic-in peşəkar tədqiqatçısı Byuttner EatingWell nəşrinə bildirib ki, lobyanın gündəlik istehlakı insan həyatını uzadır.

Alim qeyd edib ki, hər gün 1 kasa bişmiş lobya istehlak edən insan həyatını 4 il uzada bilər.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, lobya zülal, lif, antioksidantlarla zəngin olduğundan insan sağlamlığına çox müsbət təsir edir, bağırsaq mikroflorasını yaxşılaşdırır, ürək-damar sistemi xəstəliklərindən qoruyur, immuniteti möhkəmləndirir.

Həmçinin lobya dəmir, maqnezium, fol turşusu kimi insan orqanizmi üçün vacib maddələrin zəngin mənbəyidir.

Milli.Az