Məşhur rejissor porno ulduz olmaq istəyən qızına görə pis vəziyyətdə qalıb - FOTO

24 Fevral 2020 16:09

Məşhur rejissor Stiven Spilberq porno ulduz olmaq istəyən qızına görə pis vəziyyətdə qalıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, bunu nypost-a rejissorun yaxın dostu deyib. Onun dediyinə görə, rejissor qızına dəstək olduğunu bildirsə də, utancından nə edəcəyini bilmir.

Rejissorun həmkarları məsələ ilə bağlı iştirak etdikləri şou-proqramlarda onu qınamadıqlarını, lakin yerində olmaq istəmədiklərini söyləyiblər.

Qeyd edək ki, 3 gün əvvəl rejissorun qızı Mikaela açıqlama yayaraq bildirib ki, özünü porno sahəsində sınayacaq. 23 yaşlı qız "The Sun"a Ponhub üçün videolar çəkdiyini söyləyib. O, Tennessi ştatında "seks işçisi" lisenziyası üçün ərizənin təsdiqlənməsini gözləyir.

İsmayıl
Milli.Az