Ərli qadınlar saunaya biabırçı bikinidə gələn qızı qovdurdular - "Seksual görünür" - FOTO

24 Fevral 2020 15:19

İngiltərədə qadın geyindiyi bikiniyə görə hamamdan qovulub.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, Londonun qərbində yerləşən Uxbridge qəsəbəsindəki hamama nişanlısı və qaynı ilə gedən 23 yaşlı Nicole Bernardocchi saunadan çıxarılıb.

23 yaşlı qız geyindiyi bikiniyə görə "Hillingdon Sports and Leisure Centre"dən qovulub. Buna səbəb kimi digər müştərilərin ondan geyiminə görə şikayət etməsi olub.

Belə ki, həyat yoldaşları ilə birlikdə hamam gələn qadınlar Nikolun bikinisini seksual hesab etdiklərinə görə müdriyyətə müraciət edərək qadının dəsmalla gəzməsini tələb ediblər.

Saunanı tərk etməyə məcbur qalan qadın istirahət mərkəzindən şikayət edib.

Milli.Az Nikolun sözügedən geyimli fotolarını təqdim edir:

İsmayıl
Milli.Az