"Dedim qucaqla məni, sığal çək mənə" - Roza Zərgərli - VİDEO - FOTO

24 Fevral 2020 16:03

ARB TV-nin "Söhbət var" verilişinin növbəti qonaqları ifaçı Roza Zərgərli və model Rüstəm Cəbrayılov olub.

Milli.Az bildirir ki, müğənni Rüstəm Cəbrayılovla birgə çəkildiyi klipindən danışıb:

""Qəmli nağıl" adlı mahnım üçün kastinq keçirdik. 7-8 yaraşıqlı oğlan gəldi. Rejissor özüm olduğuna görə baxdım ki, mənim yanımda uşaq kimi görünür. Sonra qızım dedi ki, ana, Rüstəm qayıdıb Azərbaycana. Çox yaraşıqlıdır, uyğun gələrsiz. Biz də Rüstəmlə danışıb, razılaşdıq. Klipdə sevgili idik. Dedim ki, üzümü sığalla, qucaqla məni. Rüstəm məni sevə bilmirdi, onun əlləri ilə özümü sevirdim. Sonra məcbur olub Rüstəmə isti çay içirdim. Amma o, yenə də çəkinirdi. Yanvar ayında başımızın üzərindən 8 ton soyuq su tökdülər. Məcbur olub qucaqlaşdıq. O, klipdə ən yaxın sevgi anımız oldu. Buna görə çox xoşbəxtəm".

Milli.Az