Türkiyədə zəlzələ anı canlı yayıma düşdü - Anbaan VİDEO

24 Fevral 2020 13:40

Türkiyənin Van şəhərində baş verən zəlzələ canlı yayıma düşüb.

"CNN Türk" Özpınar kəndi ərazisində çəkiliş aparıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu zaman yenidən təkanlar baş verib.
Hadisə anbaan kameraya çəkilib.

Xatırladaq ki, fevralın 23-də İranın Xoy şəhərində baş vermiş 5,9 bal gücündə zəlzələ Türkiyənin Van şəhərinin Başkale rayonunda və Qars vilayətində dağıntılara və yeddi nəfərin həlak olmasına səbəb olub.

Milli.Az