"Valideyn yazır ki, Elnarə, zəhmət olmasa, Tuğərə de, Raulnan işi olmasın"

24 Fevral 2020 13:35

Müğənni Elnarə Xəlilova İTV-də yayımlanan "Fatehin divanı" verilişində qonaq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, proqram zamanı övladları ilə bağlı sualları cavablandırıb.

Sənətçi dörd uşaq böyütməyin çətin olduğunu söyləyib:

"Üç "WhatsApp" qrupundayam. Hərə bir söz yazır. Bir də gördüm böyük bir abzas: Valideyn yazır ki, Elnarə, zəhmət olmasa, Tuğərə de, Raulnan işi olmasın. Bir-birlərinə sataşırlar, vururlar. Beşinci sinifdirlər. Onları başa düşürəm. Lakin biz valideynlər bir-birimizə şikayət etməkdən yorulmuşuq".

E.Xəlilova tətil planları ilə bağlı isə bunları deyib:

"Yayda uşaqlar tətilə çıxandan sonra Rövşənlə istirahət planları qururuq ki, uşaqlar dincəlsin. Uşaqlar dincəlir, biz isə bunu sadəcə təsəvvür edirik".

Müğənni övladlarının məktəbindəki valideynlərlə təmasda olmaqda çətinlik çəkmədiyini bildirib:

"Anlayıram ki, kiminsə xətrinə dəyməmək, eyni zamanda uşaqların hüquqlarını da qoruyub saxlamaq asan olmamalıdır. Həyatımızda baş verənlər valideynlərlə bağlı deyil.Cəmiyyət belə formalaşıb. Övladlarımızı əsl müsəlman kimi böyüdürük: birinci vicdan, şərəf,ləyaqət, dürüstlük və bərabərlik hissinin formalaşmağıdır".

Milli.Az