Türkiyə yenə silkələndi

24 Fevral 2020 11:35

Türkiyənin qərbindəki Manisa vilayətində Rixter cədvəli ilə 5 bal gücündə zəlzələ olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, zəlzələnin episentri Akhisar rayonunun ərazisində yerin 7 kilometrlik dərinliyində qeydə alınıb.

Yeraltı təkanlar İzmir, Balıkesir və Bursa vilayətlərində də hiss olunub.

Hadisə nəticəsində hər hansı bir fəsad və ya itkilərin olması barədə məlumat verilməyib.

Milli.Az