PA rəsmisi: "Xocalı soyqrımının beynəlxalq ictimaiyyətə təqdim olunması istiqamətində səylərimiz davam edir"

24 Fevral 2020 11:21

Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə təqdim olunması və onun soyqırım aktı olaraq tanıdılması istiqamətində səylərimiz davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının (PA) şöbə müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, əsas məqsəd Xocalının beynəxalq məhkəmələr müstəvidə soyqırım kimi tanıdılmasıdır:

"Azərbaycan xalqı Xocalı faciəsinin 28-ci ildönümünü qeyd edir. Xocalı faciəsi xalqımızın ağrılı yarasıdır. Azərbaycan xalqı onların xatirəsini öz yaddaşında saxlayır və böyük ehtiramla onları yad edir. Bu gün Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə təqdim olunması və onun soyqırım aktı olaraq tanıdılması istiqamətində səylərimiz davam edir.

Çox müsbət haldır ki 10-dan artıq ölkənin parlamentləri səviyyəsində və bir çöx ölkənin yerli qanunverici orqanları səviyyəsində Xocalı insanlıq əleyhinə cinayət və soyqırım aktı kimi qəbul edilib. Əsas məqsədimiz beynəlxalq məhkəmələr müstəvisində Xocalınım soyqırım kimi tanıdılmasına nail olunmasıdır ki, bu prosesdə də ictimai məlumatlandırma, Xocalıya ədalət kampaniyası, vətəndaş cəmiyyəti təşkilatlarımızın fəaliyyəti, diplomatik nümayəndəliklərimizin və diaspora təşkilatlarımızın fəaliyyəti çox önəmli xarakter daşıyır".

Milli.Az