Hikmət Hacıyev: "Münhen Təhlükəsizlik Konfransında sübut olundu ki, Ermənistanın iddia etdiyi tezislər yalandan başqa bir şey deyil"

24 Fevral 2020 11:11

Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikası Prezidenti ilə Ermənistanın Baş Naziri arasında debat təşkil olundu və hər bir vətəndaşımız və eyni zamanda da dünya ictimaiyyəti canlı yayımlanan bu debat çərçivəsində Ermənistanın ifşası və xüsusən də Paşiyanın özünün utanc vəziyyətə salmasının bir daha şahidi oldu.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, burada ümumiyyətlə Ermənistanın münaqişənin həlli ilə əlaqədar irəli sürdüyü əsassız iradların və yalanların tamamilə ifşa olunmasının şahidi oldu:

"Ermənistanın Baş Naziri özünün biabırçı və utanc formada təqdimatından sonra indi Ermənistana qayıdaraq müxtəlif cəfəng fikirlərlə tamamilə əsassız fikirlərlə özünə bəraət qazandırmağa çalışır və Ermənistan ictimaiyyəti, Ermənistanın ictimai siyasi xadimləri bu məsələyə öz münasibətlərini bildirdilər və Paşinyanın timsalında Münhen Təhlüksizlik Konfransında utanc yaşamalarını özləri ifadə etdilər".

H.Hacıyev vurğulayıb ki, bu özlüyündə bir daha da göstərdi ki, Prezident İlham Əliyev tərəfindən Azərrbaycanın qətiyyətli, birmənalı və münaqişənin həlli ilə əlaqədar ədalətli mövqeyi əsaslı bir şəkildə Münhen Təhlükəsizlik Konfrası kimi mötəbər və vacib bir tədbirin tribunasından istifadə edilərək dünya ictimaiyyətinin diqqətinə çatdırılıdı və beynəlxlaq ictimaiyyət bir daha da şahid oldu ki, Ermənistanın münaqişə ilə əlaqədar baxışları tamamilə destruktiv xarakter daşıyır, Ermənistanın məqəsdi yalnız işğala əsaslanan statuskvonu saxlamaqdan ibarətdir:
"Həmçinin də Ermənistanın iddia etdiyi tezislər yalandan başqa bir şey deyil. Indi də onlar özlərinin bu uğursuz cəhdlərinə cəfəng fikirlərinə haqq qazandırmaq üçün uğursuz cəhdlər edirlər".

Milli.Az