"Brent" markalı neftin qiyməti 57 dollardan aşağı düşüb

24 Fevral 2020 08:15

"Brent" markalı neftin aprel fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında fevralın 24-ü saat 03:17 (GMT+4) üçün 2,9 faiz düşərək 56,87 dollar/barel təşkil edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, son dəfə "Brent" markalı neftin qiyməti 57 dollardan aşağı fevralın 14-ü olub.

Məlumata əsasən, "WTI" markalı neftin qiyməti isə 2,4 faiz düşərək, 52,12 dollar təşkil edib.

Milli.Az