Türkiyədə 4 bal gücündə zəlzələ olub

24 Fevral 2020 08:06

Türkiyənin Van əyalətində 4 bal gücündə zəlzələ baş verib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Başkale rayonunda, ocağı isə 6,7 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Xatırladaq ki, ötən gün İranın Türkiyə ilə sərhədi yaxınlığında Qərbi Azərbaycan vilayətində 5,7 və 5,9 bal gücündə zəlzələlər baş verib.

Zəlzələlər nəticəsində Türkiyənin Van əyalətində 9 nəfər həlak olub, təxminən 50 nəfər isə xəsarət alıb.

Milli.Az