Ersun Yanal istefa verdi

24 Fevral 2020 00:02

"Fənərbaxça"nın baş məşqçisi Ersun Yanal istefa verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "TRT Spor" məlumat yayıb. Bildirilir ki, Yanalın istefasına Türkiyə Super Liqasının 23-cü həftəsində "Qalatasaray"a 1:3 hesabı ilə məğlubiyyət səbəb olub.

İddialara görə, Yanal istefa məktubunu "Fənərbaxça"nın prezidenti Ali Koça təqdim edəcək.

Baş məşqçinin istefası barədə rəsmi məlumat verilməyib.

Milli.Az