İtaliyada koronavirusdan daha bir nəfər ölüb

23 Fevral 2020 22:55

İtaliyada yeni növ koronavirusdan daha bir nəfər ölüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yeni ölüm halı Kremona şəhərində qeydə alınıb. Bildirilir ki, ölən onkoloji xəstəlikdən əziyyət çəkən qadın olub.

Məlumata əsasən, ölkədə yeni növ koronavirusdan ölənlərin sayı 3 nəfərə, yoluxanların sayı isə 137 nəfərə çatıb.

Milli.Az