İkimərtəbəli ev yanıb

23 Fevral 2020 21:59

Salyan rayonunda ümumi sahəsi 210 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 35 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az