Türkiyə Naxçıvandan gediş-gəlişi məhdudlaşdıracaq

23 Fevral 2020 18:13

Türkiyə İranda koronavirus təhlükəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası ilə sərhəddə Dilucu sərhəd-keçid məntəqəsində də hərəkəti məhdudlaşdıracaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu bu gün Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.  

F. Qoca deyib ki, İranla sərhəddəki Ağrı-Gürbulaq, Hakkari-Esendere ve Van-Kapıköy sərhəd keçid məntəqələrinin müvəqqəti bağlanması ilə yanaşı, İğdırdan Naxçıvan bölgəsinə açılan Dilucu sərhəd-keçid məntəqəsində də hərəkət məhdudlaşdırılacaq.

Milli.Az