Aslan Kərimov sabah futboldan gedir
29 Noyabr 2011 17:22
Sabah Quzanlı Olimpiya İdman Kompleksinin stadionunda 20-ci Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Qarabağ" və "Sumqayıt Şəhər" komandaları üz-üzə gələcək. Azerisport.az xəbər verir ki, bu qarşılaşmada "Sumqayıt Şəhər"in oynayan məşqçisi, uzun illər "Qarabağ"ın şərəfini qorumuş Aslan Kərimov futbolçu karyerasını rəsmən bitirəcək.
Milli komandamızın 38 yaşlı sabiq kapitanı oyundan əvvəl rəmzi olaraq topa ilk zərbəni vuracaq. Bu tədbir "Sumqayıt Şəhər" və "Qarabağ" klublarının təşəbbüsü ilə həyata keçiriləcək.
Milli.Az