Türkiyədə yenə zəlzələ olub

23 Fevral 2020 17:46

Türkiyə vaxtı ilə saat 15:40-da Manisa şəhərində Rixter şkalası üzrə 4,8 bal gücündə zəlzələ olub.

Milli.Az bildirir ki, APA-nın Boğaziçi Universitetinin Kandilli Rəsədxanası, Zəlzələ Araşdırma İnstitutuna istinadla verdiyi xəbərə görə, episentri Akhisar rayonunda olan zəlzələ yerin 8,6 kilometr dərinliyində qeydə alınıb.

Təkanlar İzmirdə də hiss edilib.

Milli.Az