İbrahimoviç növbəti mövsüm "Milan"da qalacaq?

23 Fevral 2020 15:13

"Milan"ın texniki direktoru Paolo Maldini Zlatan İbrahimoviçin müqaviləsi ilə bağlı açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Maldini öz açıqlamasında Zlatanın "Milan"da hansı şərtlə qala biləcəyini bildirib:

"Onunla müqavilənin müddəti yarım ildir. Amma orada belə bir bənd var ki, əgər komanda Çempionlar Liqasına düşsə, müqavilənin müddəti avtomatik uzadılır. Əks halda biz yenidən danışıqlar masasına əyləşəcəyik".

Milli.Az