Peruda sel və daşqınlar nəticəsində 4 nəfər ölüb

23 Fevral 2020 11:23

Perunun Takna vilayətində leysan yağışların yol açdığı sel və daşqınlar nəticəsində ən azı 4 nəfər ölüb.

Milli.Az bildirir ki, APA-nın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, xəsarət alanların sayı 20 nəfərdən çoxdur.

Takna şəhərində yaşayış evlərinə də ciddi ziyan dəyib.

Hazırda İtkin düşdüyü ehtimal edilən insanların axtarışı aparılır.

Milli.Az