Zorbalıqla qarşılaşdığı üçün ölmək istəyən 9 yaşlı uşağa bütün dünya dəstək oldu - VİDEO

23 Fevral 2020 09:27

Sosial mediada yayılan bir video izləyicilər tərəfindən böyük marağa səbəb olub.

Milli.Az musavat.com-a istinadən bildirir ki, "cücə sindromu"ndan əziyyət çəkən 9 yaşlı bir uşaq məktəbdə qarşılaşdığı zorakılığa görə göz yaşları içində ölmək istədiyini deyib.

Həmin anlar uşağın anası tərəfindən videolentə alınıb. 

Yarraka Bayles adlı qadının oğlu fiziki inkişafına mane olacaq bir "cırtdan sindromu" ilə dünyaya gəlib.

İllər keçdikcə və uşaq məktəbə başlayanda uşağın xüsusi vəziyyəti məktəb yoldaşlarının kobudluq etməsinə səbəb olub.

Kobudluq səviyyəsi o qədər yüksək olub ki, 9 yaşlı uşaq həyatına son qoymaq istədiyini dilə gətirib.

Çəkilən görüntülərdə 9 yaşlı uşaq "'mənə ip ver, özümü asıb öldürmək istəyirəm. Sadəcə bıçağı ürəyimə batırmaq istəyirəm. Biri məni öldürsün" kimi ifadələr işlədib.

Qısa müddətdə sosial mediada yayılan bu videodan sonra balaca oğlan üçün dəstək mesajları gəlib. Sosial mediaya geniş təsir göstərən gənc oğlanın videosu, 14 milyon baxışdan sonra Twitter-də #WeStandWithQuaden (biz Quadenin yanındayıq) etiketi ilə də dəstək görüb.

Hollivud ulduzları Hugh Jackman və Mark Hamill kimi bir çox məşhurlar da Quaden üçün dəstək mesajları yazıb.

Mill.Az